Erməni hərbçilər narazıdır

Bölmə:
Analitik ›
Tarix:
29.11.2018
Oxunub:
412 dəfə

22 Noyabr tarixində Los Ancelesdə “Hayastan” ümumerməni fondunun illik telemarafonu keçirilib. Bu dəfə “Birlikdə yaradaq” şüarı altında keçirilən pul toplama kompaniyasında xeyriyyə ianələrinin yekun həcmi 11 milyon 109 min 633 dollar təşkil edib. Bu fond vasitəsilə işğal altında olan Qarabağda qanunsuz fəaliyyətlər icra edilir.

 

Lakin məlumata görə, Qarabağdan və cəbhə xəttindən gələn məlumatlar narahatlığa səbəb olmağa başlayıb. Qarabağda qanunsuz dislokasiya olunan erməni ordusunun hərbi hissələrinin əsgər və zabitlərini “Hayastan” ümumerməni fonduna pul keçirməyə məcbur edirlər. Zabitlərdən 5000 dram gizirlərdən 3000 müqaviləli hərbi qulluqçulardan 1000 müddətli xidmət hərbi qulluqçulardan isə 100 dram həcmində pul toplamaları və fondun hesabına keçirmələri tələb olunur.

 

Məlumata görə, bu təlimata əməl etməyən hərbi qulluqçular bəzi problemlərlə rastlaşır. Əlavə olaraq bildirilib ki, Ermənistan Müdafiə Nazirliyi adından hər il müəyyən məbləğ fondun hesabına keçirilsə də, daha sonra həmin pullar hərbi qulluqçulardan toplanır və hər il bu məsələ ilə bağlı narazılıqlar yaranır. Erməni hərbi qulluqçular problemin pul deyil, məcburi toplanmasının narazılığa səbəb olduğunu bildirirlər.

 

Hərbçilərdən pul toplanılması məsələsi yalnız Qarabağda dislokasiya olunan hərbi hissələrdə baş verib. Ermənistandakı hərbi hissələrdən bu cür məlumat daxil olmayıb.

 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhanisyan belə bir halın baş verməsini, hər gün cəbhədə duranlardan pul toplanılmasını dəhşət adlandırmaqla bu cür fakta malik olmadığını deyərək əlavə açıqlama verməkdən yayınıb.

 

Məsələ ilə bağlı aprel döyüşlərində yerlərinə çatmayan ərzaq və digər yardımları da unutmaq olmaz.

 

Xatırladaq ki, 2017-ci ildə “Məhsuldar Qarabağ” şüarı altında telemarafonda toplanan pulun həcmi 12 milyon 505 min 456 dollar, 2016-cı ildə “Mənim Qarabağım” şüarı altında telemarafonda toplanan pulun həcmi 15 milyon 428 min 777 dollar, 2015-ci ildə “Bizim evimiz” şüarı altında telemarafonda toplanan pulun həcmi 10 milyon 378 min 465 dollar, 2014-cü ildə “Qarabağa doğru” şüarı altında telemarafonda toplanan pulun həcmi isə 12 milyon 399 min 550 dollar təşkil edib.

Yoxlama kodu:50718