Ermənistan narahatdır

Bölmə:
Analitik ›
Tarix:
27.11.2018
Oxunub:
420 dəfə

Hazırda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzv dövlətlər arasındakı müttəfiqlik münasibətlərinin dəqiqləşdirilməsi ətrafında şiddətli mühakimələr gedir. Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan növbədənkənar parlament seçkiləri çərçivəsində “Mənim addımım” blokunun Vanadzordakı təşviqat kampaniyasında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, bundan sonra İrəvanın həyata keçirərəcəyi xarici siyasətin mahiyyəti müttəfiqlərinin etibarlılığından asılı olacaq. Bu mənada Paşinyan Ermənistanın KTMT-dəki müttəfiqlərinin (Rusiya, Belarus) Azərbaycanla hərbi əməkdaşlığını ciddi tənqid edib.

 

“Siz bilirsinizmi ki, KTMT-nin bizə (Ermənistana) qarşı və bizim təşkilat qarşısındakı öhdəliklərimiz nədir? Bizə aydın deyil ki, niyə müttəfiqlərimiz düşmən münasibətdə olduğumuz ölkəyə silah satırlar? Bu, qəbuledilməzdir və ciddi çağırışdır! Biz öz tərəfdaşlarımızla bu məsələni birbaşa və açıq şəkildə müzakirə etmək fikrindəyik ki, sonra özümüz də necə davranacağımızı bilək. Bilək ki, kimə güvənmək olar, kimə yox”, – Paşinyan bəyan edib.

 

O, həmçinin vurğulayıb ki, bundan sonra Ermənistan xarici siyasət kursunda yalnız özünə arxalanmalıdır.
Maraqlıdır Paşinyan özlərinə necə arxalanmalıdır o barədə də açıqlama versəydi yaxşı olardı. Bir dövlətin ki, xarici siyasət kursu iflic vəziyyətindədir hansı arxalanmaqdan danışır. Məgər Paşinyan hakimiyyətə gələndən sonra Ermənistan xarici siyasət kursu göz qabağında deyil. Rusiya ilə gərginliyin artması, KTMT-dəki mövqeyinin zəifləməsi və baş katibini geri çağırması. Bütün bunların fonunda Azərbaycana qarsı təhdid xarakterli bəyanatlar səsləndirməsi və danışıqlar masası arxasına keçməməsi. Həmçinin Avropa İttifaqından ayıralan 3 milyon dəyərində vəsait hansı ki Paşinyan 15-20 milyon gözləyir o cür yalvarışların və yaltaqlıqların qarşılığında. ABŞ tərəfindən istənilən reaksiyanı ala bilməməsi, xüsusilə də Con Bolton səfərindən sonra ABŞ-ın Ermənistana olan münasibətlərində mənfi yöndə dəyişikliklərin yaşanması. Gürcüstan və İranla sərhədlərin bağlanması məsələsinin gündəmə gəlməsi. Digər tərəfdən Tükiyə ilə sərhədlərin bağlı olması, bütün bu proseslər Paşinyan kifayət etmir ki görsün ki özünün arxalana biləcək xarici siyasət kursu yoxdur. Böyük ehtimla ki, 6 dekabrda keçirilməsi nəzərdə tutulan Avrasiya İqtisadi İttifaq iclasından sonra işğalçı ölkənin xarici siyasət kursunun nə dərəcə bərbəd vəziyyət olduğu daha da aydın olacaqdır. Hətta deyərdim ki, bu iclasdan sonra Ermənistanın Aİİ-da mövqeyi zəifləyərək daha da etibarsızlaşmış bir ölkə rolunda tanınacaq. 

 

Yoxlama kodu:78528