Bakıda bu ərazidə pulsuz “Wi-Fi” xidməti dayandırıldı-SƏBƏB?

Bölmə:
Texnologiya ›
Tarix:
02.11.2018
Oxunub:
557 dəfə

“Bakı telefon rabitəsi” MMC-nin pulsuz “Wi-Fi” xidməti “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində müvəqqəti olaraq dayandırılıb.

 

"Oxucu" informasiya verir ki, bu barədə MMC-dən məlumat verilib.

 

Agentliyin müsahibinin sözlərinə görə, xidmət bölgədə aparılan təmir işləri ilə əlaqədardır:

 

“Bu, elektrik xətlərindəki qüsurlarla bağlıdır. Təmir işləri başa çatdırılan kimi xidmət bərpa olunacaq”.

 

Mənbə: Trend

Yoxlama kodu:87937