Bəzi xəstəliklər zamanı isti vanna qəbul etmək yolverilməzdir

Bölmə:
Səhiyyə ›
Tarix:
20.10.2018
Oxunub:
300 dəfə

Soyuqdəyməyə qarşı mübarizə formalarından biri kimi ayaqların isti vannaya qoyulmasından istifadə edilir. Bu, nə dərəcədə doğrudur?

 

"Oxucu" informasiya verir ki, paytaxtdakı 19 nömrəli poliklinikanın həkim-terapevti Gülnarə Məmmədova bu barədə AZƏRTAC-a deyib: "Varikoz genişlənmə, tromboflebit olduqda ayaqların isti vannaya qoyulması xəstəliyin inkişaf etməsi ilə yanaşı yeni problemlərin yaranmasına da səbəb ola bilər. Böyrək xəstəlikləri zamanı da ayaqları isti suya qoymaq məsləhət görülmür. Bundan əlavə şəkərli diabet səbəbindən ayaqlarda meydana çıxan yaralar varsa, isti vanna qəbulu yolverilməzdir".

 

Həkim-terapevt sadəcə soyuqdəyməyə qarşı isti vanna qəbulu zamanı xardal yağından istifadə etməyin faydalı olduğunu bildirib. Lakin həmin prosedur zamanı suyun temperaturu təxminən 37-38 dərəcə olmalıdır.

 

Mənbə: Milli.Az 

Yoxlama kodu:62842