ABŞ universitetində Azərbaycana dair geniş mühazirə keçirilib

Bölmə:
Diaspor ›
Tarix:
15.10.2018
Oxunub:
433 dəfə

ABŞ-ın Yuta ştatının Orem şəhərində yerləşən Yuta Vadisi Universitetində (Utah Valley University) Azərbaycana həsr olunmuş geniş tədbir keçirilib.

 

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Oxucuya daxil olan informasiyaya görə, universitetin dəvətilə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev tələbə və müəllim heyəti qarşısında çıxış edib.

 

N.Ağayev çıxışında Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi və yerləşdiyi mürəkkəb coğrafi məkan barədə iştirakçılara məlumat verərək, müstəqilliyinin bərpasından sonra ölkəmizin keçdiyi inkişaf və çağdaşlaşma yolundan bəhs edib.

Diplomat 100 il əvvəl Azərbaycan xalqının tariximizin ilk respublikası olan Azərbaycan Demokratik Respublikasını (ADR) yaratdığını və bu respublikanın müsəlman dünyasında ilk dünyəvi və demokratik dövlət, eləcə də qadınlara səsvermə hüququ verən ilk müsəlman ölkəsi olduğunu qeyd edib. Azərbaycanda mövcud olan yüksək tolerantlıq və multikulturalizm ənənələrindən danışan N.Ağayev qədim dövrlərdən etibarən ölkəmizdə müsəlmanlar, xristianlar və yəhudilər də daxil olmaqla, müxtəlif etnik və dini icmalar arasında güclü tolerantlıq və qarşılıqlı ehtiram ənənələrinin olduğunu bildirib. Diplomat bir çox digər müsəlman ölkələrindən fərqli olaraq Azərbaycanda şiə və sünnilər arasında da güclü harmoniya və qarşılıqlı hörmətin mövcud olduğunu, bir çox məscidlərdə onların hətta birgə ibadət etdiklərini diqqətə çatdırıb.

 

 

N.Ağayev bu multikulturalizm ənənələrinin bu gün Azərbaycan rəhbərliyinin xüsusi diqqəti və hərtərəfli dəstəyilə inkişaf edərək, yüksək səviyyəyə çatdığını və bütün dünyaya örnək olduğunu vurğulayıb.

Sonda baş konsul tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Mühazirədən sonra sözügedən universitet mühazirə ilə bağlı geniş məqalə hazırlayaraq tələbələrin fərdi təəssüratları ilə birgə universitetin saytında yerləşdirib: http://utahimf.org/archives/3862

 

 

Məqalədə qeyd olunur ki, dinlərarası dialoqun təşviqində Azərbaycanın regional lider olaraq göstərdiyi nümunə bütün bölgədə və dünyada sülhün əldə olunması məqsədilə dərindən öyrənilməli və tətbiq olunmalıdır.

 

 

Qeyd edək ki, Yuta ştatının ən böyük universiteti olan UVU-da bakalavr və magistr təhsili daxil olmaqla, 200-dən çox sahə üzrə 40 minə yaxın tələbə təhsil alır.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:88429
Müharibə elan edildi 11:56 07 Oct 2019