Sosial media asılılığı-Narkotikadan daha qorxunc

Bölmə:
Texnologiya ›
Tarix:
15.10.2018
Oxunub:
449 dəfə

Facebook, Snapchat, Instagram...Əgər sosial media olmadan yaşaya bilmirsinizsə, deməli onda psixoloji problemləriniz başlayıb.

 

"Oxucu" informasiya verir ki, əgər iş saatlarında Facebooka girməkdən özünüzü saxlaya bilmirsinizsə və ya telefonunuz səssizdə olarkən ona nəynsə gəlib-gəlmədiyini araşdırmaq üçün tez-tez ona əl atırsınızsa deməli problem var. Son illərdə telefonsuz yaşaya bilməyənlər mütəxəssislərdən kömək almağa başlayıblar.

 

Avropada bu psixoloji terapiyaların saatı 150 dollardı. Daha ciddi vəziyyətdə olanlar isə artıq müalicəni ciddiləşdiriblər. Media psixoloqu Pamele Rutledc bildirib ki, insanlar ağıllı telefonları sadəcə olaraq satın alırlar, onunla davranmağı isə çoxları bilmir. Tibb aləmi bu cür asılılığı xəstəlik olaraq tanımır. Həkimlər isə bu cür asılılığı digər asılılıqlar kimi müalicə etməyə çalışırlar.

 

Bu asılılığı narkotika və alkoqoldan da qorxulu olduğunu bildirən mütəxəssislər narahatdı. Onlar asılı insanların müalicəsinin çətin olduğunu deyir və ən pisi isə narkotika və alkoqoldan fərqli olaraq bunun pis iş kimi qəbul edilməməsidir. Hazırda ABŞ-da və Avropada psixoloji mərkəzlər bu cür asılılıqları müalicə etməklə məşğuldurlar. Təbii olaraq gəlirli sahəyə də çevrilib.

 

Mütəxəssislər bu asılılıqdan qurtulmaq üçün iki yol təklif edirlər. Birincisi mümkün qədər uzaqlaşmaq-texnologiyadan qopmaq yolu ilə, digər isə müvazinətin qorunmasıdır. İkinci metoddan daha çox tarazlığı gözləməyən insanlar əziyyət çəkir.

 

Mənbə: Milli.Az

Yoxlama kodu:16506