Dövlət Komitəsi yeni layihəyə start verib

Bölmə:
Diaspor ›
Tarix:
11.10.2018
Oxunub:
412 dəfə

Diasporla İş üzrə Dövlət Komitəsi (DİDK) yeni layihəyə - “Sabahın xeyir, Azərbaycan” videolayihəsinə start verilib. DİDK-dan Oxucuya daxil olan informasiyaya görə, hər səhər müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar, xüsusilə gənc soydaşlarımız videoçarxlar vasitəsilə Vətəni - Azərbaycanı salamlayacaq.

 

Layihənin məqsədi dünya azərbaycanlıları ilə daha sıx əlaqələr qurmaq, soydaşlarımızın doğma vətəni ilə bağlarını gücləndirməkdir.

 

Diaspor gənclərinin böyük marağına səbəb olan videoçarxları Dövlət Komitəsinin rəsmi sosial şəbəkə (https://www.facebook.com/AzDiaspora/, https://twitter.com/DiasporaAz, https://www.instagram.com/diasporaaz/) ünvanlarından və Diaspor TV-dən izləmək mümkündür.

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:51313