Bu avtobuslarda şifrəsiz wi-fi var

Bölmə:
Texnologiya ›
Tarix:
07.10.2018
Oxunub:
469 dəfə

Bakıda bəzi avtobuslarda pulsuz internet xidməti tətbiq edilir.

"Oxucu" informasiya verir ki, “Xaliq Faiqoğlu” MMC istismarında olan və nömrələri aşağıda qeyd edilmiş 3 ədəd “İsuzu Citiport” markalı avtobuslarda sınaq müddəti üçün "Free Wi-Fi" adlı yeni “wi-fi” cihazı quraşdırıb.

Əgər sınaqdan keçirilən cihazlar uğurlu olacaqsa, 18, 61, 65 və 85 saylı xətlər üzrə avtobuslarda bu avadanlıqlar quraşdırılaraq sərnişinlərin xidmətinə veriləcək. İnternetə qoşularkən telefonunuzun ekranına çıxacaq bu formanı dolduraraq pulsuz internetdən istifadə edə bilərsiniz:

99-JP-515 – 18 saylı marşrut xətti;

99-JM-355 – 65 saylı marşrut xətti;

99-JP-535 – 85 saylı marşrut xətti.

Mənbə: Publika.az

Yoxlama kodu:28746