Ulduz falı-23.12.2016

Bölmə:
Ulduz falı ›
Tarix:
23.12.2016
Oxunub:
604 dəfə

"Oxucu" bu günün ulduz falını təqdim edir:

 

Qoç - peşəkar fəaliyyət baxımdan o qədər qorxulu deyil. Buna rəğmən nikbin olun, yaşama sevinin, dostlarla ünsiyyətdə olun. Tənbəllik etməyin, süst davranmayın.

 

Buğa - yarısında işlərinizi başqalarına etibar və həvalə etməyin. Başladığınız işləri yarımçıq qoymayın, prosesləri diqqət mərkəzində saxlayın.

 

Əkizlər - səhhətinizə fikir verin. Bədxahlarınızın zərərli təsirlərinin dağıdıcı səciyyə almasına imkan verməyin. Nüfuz və simanızı qoruyun. Kiminsə böhtanı sizə ağır zərbə vura bilər.

 

Xərçəng - münaqişə və ya davadan sonra barışmaq asan olmadığından güzəştə gedin, vəziyyəti ağırlaşdırmayın. Günün ikinci yarısında aqressiv, qıcıqlı olmayın. Əhəmiyyətli xərclər istisna deyil. Onların əksəriyyəti məntiqsizdir.

 

şir - ən yaxın insanlarınızla ünsiyyətdə problemlər yarana bilər. İstədiyinizi dərhal əldə etmək istəyirsiniz və bu, mümkün olmayanda ətrafınızdakı insanları suçlamayın.

 

Qız - yeni işə başlasanız, onu maraqla və ciddi şəkildə yerinə yetirəcək, çox parlaq şəkildə başa vuracaqsınız. Gəlirləri artırmaq, səylərinizin və əldə olunan nəticənin etirafı imkanları yaranır.

 

Tərəzi - düşünülməmiş addımlar atmayın. Diqqət və sərvaxtlıq tələb edən işdə səhv buraxmayın. Peşəkar fəaliyyət sahəsi ilə yanaşı, evdə də problemlər yarana bilər.

 

Əqrəb - səhhətinizlə rasionunuza fikir verin. Həzm prosesində problemlər yarana bilər.

 

Oxatan - ailədə yaranmış problemi həll etməyə çalışın. şəxsi istəklər və planlarınızı ümumi mənafeyə qurban verməli olacaqsınız. Alış-veriş üçün əlverişli zaman deyil. Gərəksiz, ehtiyac duyulmayan əşya almayın. Bədxərclik etməyin.

 

Oğlaq - emosiyaların təsiri altında sonradan yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Az sonra yaşamınızda problemlərə rəvac ola biləcək düşünülməmiş addımlar atmayın.

 

Dolça - problemlərinizlə qayğılarınızı yaxınlarınızla bölüşməkdən çəkinməyin. Yardıma ehtiyacınız olan vaxtda kömək ala bilərsiniz. İşdə həmkarlarınız və rəhbərliklə münasibətlərdə sərinləşmə ola bilər.

 

Balıqlar - gərgin, ancaq məhsuldar fəaliyyət zamanıdır. Çətin, malik olduğunuzdan artıq bilik və təcrübə tələb edən işlərlə qarşılaşacaqsınız. şəxsi münasibətlər zəminində dəyişikliklər ola bilər.

 

Mənbə: Milli.Az

Yoxlama kodu:21956