Gənclər arasında esse müsabiqəsi keÇirilir

Bölmə:
Diaspor ›
Tarix:
01.09.2016
Oxunub:
504 dəfə

18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə “Müasir Azərbaycanın memarı - Heydər Əliyev” mövzusunda esse müsabiqəsinə start verilib. Diasporlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “Oxucu”ya daxil olan informasiyaya görə, Ryusiyada yaşayan azərbaycanlı gənclər üçün nəzərdə tutulan müsabiqə Azərbaycan-Slavyan Gənclər Assosiasiyasının (ASGA) Rusiya nümayəndəliyi, Ümumrusiya Azərbaycan Konqresi, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun, habelə Diasporla iş Üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilir.

 

ASGA Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili bildirib ki, layihənin əsas məqsədi Rusiyada yaşayan azərbaycanlı gənclər arasında ulu öndər Heydər Əliyevin irsini təbliğ etmək, eyni zamanda, onlara Azərbaycanın müstəqillik tarixi haqqında məlumat verməkdir. Essenin məzmunu ümummilli liderin həyat və fəaliyyəti, Azərbaycanın müstəqilli tarixi mövzularını əhatə etməlidir. 

 

Müsabiqədə iştirak etmək istəyənlər öz yazılarını 2016-cı il oktyabrın 1-dək azslavmoscow@mail.ru və diasporaz_rf@mail.ru elektron poçtuna göndərə bilər. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Mükafatların təqdimat mərasimi oktyabrın 9-u saat 17:00-da Moskvada Azərbaycan icması evində keçriləcək .

 

Qeyd edək ki, ASGA tərəfindən Rusiyadakı azərbaycanlı gənclər arasında ulu öndər Heydər Əliyevə həsr olunmuş yazı müsabiqəsi artıq üçüncü dəfə keçirilir.

 

Günəş

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:45654