NGBM Makedoniyanın Gənc Liderlər Məktəbi ilə əməkdaşlıq edir-FOTOLENT

Bölmə:
Diaspor ›
Tarix:
16.08.2016
Oxunub:
526 dəfə

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri avqustun 15-də Ohrid şəhərində  mərkəzin dəstəyi ilə keçirilən 7-ci Gənc Liderlər Məktəbinin açılış mərasimində iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsindən Oxucuya daxil olan informasiyaya görə, artıq 7 ildir həyata keçirilən bu proqram Makedoniya Prezidenti Georgi İvanovun təşəbbüsü ilə baş tutur.

 

Açılış mərasimində Prezident G.İvanovla yanaşı, Bolqarıstanın sabiq Prezidenti Petar Stoyanov və İsgəndəriyyə Kitabxanasının  direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin  iştirak edib, nitq söyləyiblər. Onlar həmçinin, açılış mərasimindən sonra Makedoniya Prezidenti G. İvanovun qəbulunda olublar. Qəbul zamanı NGBM ilə Gənc Liderlər Məktəbi arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

 

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi artıq 3 ildir ki, Prezident G. İvanovun Gənc Liderlər Məktəbi ilə əməkdaşlıq  edir. Məktəbin proqramına tanınmış məruzəçilərin liderlik və idarəetmə sahələrində oxuduğu məruzələr və keçdiyi təlimlər daxildir.

 

Fatimə Əli

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:55501