"Alma" qaleti

Bölmə:
Biş-düş ›
Tarix:
19.03.2016
Oxunub:
737 dəfə

"Oxucu" almanı xatırladan qaletlərin hazırlanma qaydasını təqdim edir

Tərkibi (8 pay):

350 q qarğıdalı unu
200 q qarğıdalı nişastası
130 q şəkər tozu
3 yumurtanın sarısı
250 q kərə yağı
2 ç.q. qabartma tozu
1 limon (portağal)

bəzək üçün:
şəkər tozu və mixək

Otaq temperaturunda olan kərə yağını yumurta sarısı, şəkər tozu, qabartma tozu və limon sedrası ilə qarışdırıb mikserlə çalın.

Nişasta ilə qarğıdalı ununu əlavə edib xəmir yoğurun, soyuducuda 1 saat saxlayın.

Xəmirdən qozdan bir qədər böyük parçalar qopararaq kündələyin.

Hər tərəfini şəkər tozuna batırın, sonra isə almaya oxşatmaq üçün bir tərəfinə mixək batırın.

Perqament döşənmiş siniyə düzün. 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Nuş olsun!

Mənbə: Milli.Az

Yoxlama kodu:43177
Müharibə elan edildi 11:56 07 Oct 2019