Biş-düş: Starbucks peÇenyesi

Bölmə:
Biş-düş ›
Tarix:
27.02.2016
Oxunub:
883 dəfə

Oxucu Starbucks peçenyesinin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

120 q yumşaldılmış kərə yağı
1 st. şəkər tozu
1 yumurta
1 çimdik duz
1 ç.q. qabartma tozu
1 ç.q. darçın
vanil, yaxud vanilli şəkər tozu
1 st. yulaf lopası (tezbişən və xırda)
50 q ağ şokolad
2 x.q. quru meyvə (kişmiş)
1 st. un

Yağı şəkər tozu ilə çalın. Yumurta əlavə edib bir daha çalın.

Duz, qabartma tozu, darçın, vanil qatıb yenə çalın.

Yulaf lopaları əlavə edib qarışdırın.

Xırda doğranmış şokoladla quru meyvəni də əlavə edib qarışdırın.

Un əlavə edib əlinizlə yoğurun (qaşıqla alınmayacaq).

Xəmiri 12 yerə bölün. Kündələyib perqament döşənmiş siniyə bir-birindən aralı düzün.

180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Çıxarıb sinidə soyudun. Bir az bərkiyəndən sonra götürmək olar.

Nuş olsun!

Mənbə: Milli.Az

Yoxlama kodu:90805
İrana qarşı şok həmlə 13:11 21 Nov 2019