Biş-düş: "Toppuş" tort

Bölmə:
Biş-düş ›
Tarix:
26.01.2016
Oxunub:
711 dəfə

Oxucu kəsmikli "Toppuş" tortun hazırlanma qaydasını təqdim edir

Tərkibi:

0,5 kq kəsmik
1 yumurta
2 st. şəkər tozu
2 ç.q. soda
3 st. un

bişmiş krem:

4 yumurtanın sarısı
1 st. şəkər tozu
2 x.q. un
3 st. süd

Kəsmiyi şəkər tozu və yumurta ilə çalın. Bir qədər saxlayın (suyu çıxacaq). Sonra soda və unu əlavə edib qarışdırın. 6 yerə bölün. Sinini yağlayın, xəmiri içinə qoyub əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 5-7 dəqiqə (qızaranadək) bişirin (ayrılıqda 6 korj bişirəcəksiniz).

Krem üçün yumurta sarılarını şəkər tozu ilə çalıb soyuq süd və unu əlavə edin, yaxşıca qarışdırın, vam odda qatılaşanadək qarışdıraraq bişirin. Soyudun.

Korjların arasına krem çəkərək üst-üstə yığın.

Üzərini zövqə görə bəzəyin. şokolad yonqarı da səpə bilərsiniz.

Nuş olsun!

Mənbə: Milli.Az

Yoxlama kodu:52773