Biş-düş: Pendir və toyuq əti ilə "gül" pirojkilər

Bölmə:
Biş-düş ›
Tarix:
24.01.2016
Oxunub:
813 dəfə

Oxucu pendir və toyuq əti ilə qat-qat pirojkilərin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 lay hazır qat-qat xəmir
2 toyuğun döş əti
100 q bərk pendir
2 x.q. mayonez
duz, istiot, ədviyyat

Toyuq ətini çox xırda doğrayın. Sürtgəcdən keçirilmiş pendir, mayonez, duz-istiot, ədviyyat əlavə edin.

Xəmiri kvadratlara bölün, ortasına iç qoyun. Xəmirin kənarlarını şəkildə gördüyünüz kimi kəsin, için kənarıyla gül formasında bükün.

205 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Nuş olsun!

Mənbə: Milli.Az

Yoxlama kodu:76446
Müharibə elan edildi 11:56 07 Oct 2019