Biş-düş: İÇi doldurulmuş ördək

Bölmə:
Biş-düş ›
Tarix:
18.01.2016
Oxunub:
778 dəfə

Oxucu içi doldurulmuş ördəyin hazırlanma qaydasını təqdim edir

Tərkibi:

1 ördək
kartof
portağal
mixək

iç:

1/2 ördəyin döş əti
1 baş soğan
350 q xırda şampinyon
1 st. qarabaşaq yarması, yaxud qaragöz lobya
4 albuxarı
1 ovuc fıstıq
alma
rozmarin budağı
1 diş sarımsaq
1 ç.q. təzə zəncəfil

İç: Ördəyin döş ətini və soğanı ayrılıqda xırda doğrayın. Kiçik şampinyonlardan istifadə edin, təmizləyin, amma doğramayın. Qarabaşaq yarmasını suda bişirin. Qarabaşaq yarması yerinə qaragöz lobya götürə bilərsiniz. O zaman lobyanı 8-10 saat isladın, sonra yumşalınca bişirin. Albuxarıları yuyun, almaları xırda doğrayın. Sarımsağı 4 yerə bölün, zəncəfili xırda doğrayın.
İç üçün olan ərzağı qarışdırıb təmizlənmiş ördəyin içinə doldurun, tikin.

Əvvəlcə 200, sonra isə 170 dərəcə qızdırılmış sobada 2 saat bişirin.

Sobaya qoyandan bir saat sonra çıxarıb ördəyin kənarlarına yuyulub doğranmış kartof, saat yarım sonra isə - alma, soğan, sarımsaq, portağal dilimləri və mixək düzün.

Nuş olsun!

Mənbə: Milli.Az

Yoxlama kodu:46500