Biş-düş: "Misir" tortu

Bölmə:
Biş-düş ›
Tarix:
17.01.2016
Oxunub:
866 dəfə

Oxucu "Misir" tortunun hazırlanma qaydasını təqdim edir


Tərkibi:

xəmir (1 korj üçün, cəmi 3 korj):

3 yumurtanın ağı
2,5 x.q. şəkər tozu
0,5 x.q. un
50 q xırdalanmış qoz (yaxud fındıq)
(3 korj üçün göstərilən ərzağı 3-ə vurun)


krem:

10 yumurtanın sarısı
10 x.q. şəkər tozu
5 x.q. un
2 paket vanilli şəkər tozu
350 ml süd
170 q kərə yağı

xırt-xırt içlik:

350 ml qaymaq
200 q şəkər tozu
120 q doğranmış qoz, yaxud fındıq

Krem: Yumurta sarıları, şəkər tozu, un, vanilli şəkər tozu və südü qarışdırın. Ocağın üstünə qoyub sürətlə və dayanmadan qarışdıraraq qaynara düşən anda ocaqdan götürün, kənarda daha 2 dəqiqə qarışdırın. Yağı xırda doğrayıb əlavə edin, mikserlə eynicinsli kütlə alınanadək çalın.

Krem soyuyan müddətdə korjları bişirin: Yumurta ağlarını möhkəm çalın, şəkər tozu əlavə edib yenə çalın, kütlə parıldamalıdır. Unu və qozu (fındığı) əlavə edin, səliqəylə qarışdırın. Perqament döşənmiş, yaxud yağlanmış formaya tökün. Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Soyudun. (Eyni qaydada üç korj hazırlayın).

Xırt-xırt içlik: şəkər tozunu qazançada əridin, karamel halına gələndə dərhal perqamentin üzərinə tökün. Karamel tez soyuyur. İkinci perqament kağızını üzərinə örtüb qalın oxlovla xırdalayın (amma toz halında olmasın, o iri olmalıdır ki, xırtıldasın). Qaymağı möhkəm çalın. Karamel parçaları və doğranmış qozu (fındığı) əlavə edin.

Hər korjun üzərinə bişmiş kremin 1/3-ni çəkin.

Xırt-xırtlı içliyi çəkin.

Proseduru daha iki dəfə təkrarlayın (korj+krem+xırt-xırtlı içlik).

Sonda tortun üstünə və kənarlarına xırt-xırtlı içlikdən çəkin, üzərini qozla bəzəyin.

Nuş olsun!

Mənbə: Milli.Az

Yoxlama kodu:75564
İrana qarşı şok həmlə 13:11 21 Nov 2019