Biş-düş: "Marqo" salatı

Bölmə:
Biş-düş ›
Tarix:
16.01.2016
Oxunub:
639 dəfə

Oxucu informasiya verir ki, "Marqo" salatının hazırlanma qaydasını təqdim edir

Tərkibi:

2 bişmiş kartof
1 toyuq döşü
150 q marinə edilmiş göbələk
2-3 bişmiş yumurta
50-70 q bərk pendir
mayonez
duz, istiot
bitki yağı (qovurmaq üçün)

Toyuq ətini uzun şəridlərə doğrayın. Duz-istiot vurub bitki yağında qızardın. Soyudub kubik doğrayın.

Bişmiş kartofu kubik doğrayıb yastı qaba yığın. Üzərinə mayonez çəkin. Toyuq ətini düzüb mayonez çəkin.

Göbələyi kubik doğrayıb döşəyin, mayonez çəkin.

Yumurtaları kubik doğrayıb döşəyin, duz-istiot vurun. Mayonez çəkin.

Pendiri sürtgəcdən keçirib salatın üzərinə səpin.

Nuş olsun!

Mənbə: Milli.Az

Yoxlama kodu:34728