Biş-düş: Asan alma piroqu

Bölmə:
Biş-düş ›
Tarix:
11.01.2016
Oxunub:
692 dəfə

Oxucu alma piroqunun hazırlanma qaydasını təqdim edir

Tərkibi (4-6 pay):

300 q qat-qat xəmir
3-4 alma
şəkər tozu (zövqə görə)
3 x.q. xama
2 yumurta
1 x.q. nişasta
vanilli şəkər
darçın (zövqə görə)

Almaları təmizləyib tərəfi 1 sm olan kubiklərə doğrayın.

Qat-qat mayasız xəmiri almalardan bir qədər iri kubiklərə doğrayın.

Ortası deşik olan formaya əvvəlcə xəmiri, sonra almaları tökün, şəkər tozu və darçın (yaxud vanil) səpin, sonra layları təkrarlayın (forma dolub-daşmasın, başından yer saxlayın).

Yumurta, xama, nişasta və vanili qarışdırın, formanın içindəki piroqun üzərinə gəzdirin.

180 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin. Hazır olan kimi formadan çıxarmayın, bir qədər soyumasını gözləyin.

Nuş olsun!

 

Mənbə: Milli.Az

Yoxlama kodu:61800
MN cəbhədən xəbər yaydı 10:20 15 Aug 2019