Biş-düş: Toyuq qaraciyəri və mandarinlə salat

Bölmə:
Biş-düş ›
Tarix:
10.01.2016
Oxunub:
828 dəfə

Oxucu toyuq qaraciyəri və mandarinlə salatın hazırlanma qaydasını təqdim edir


Tərkibi (2 pay):

 

200 q toyuq qaraciyəri
1 mandarin
1 aysberq kələmi
100 q çerri pomidoru
50-70 q kişmiş üzümü
3 x.q. zeytun yağı (qaraciyəri qızartmaq üçün)
3 x.q. un (qaraciyəri batırmaq üçün)
küncüt

 

sous:

 

2 x.q. limon şirəsi
2 x.q. zeytun yağı
2 x.q. soya sousu

 

Toyuq ciyərini yuyub təmizləyin. İkiyə bölüb una batırın. Zeytun yağında hər üzünü 2-3 dəqiqə qızardın. Duz-istiot vurun.

 

Mandarini təmizləyib dilimləyin, pərdəsini soyun. Hər dilimi 2-3 yerə bölün. Çerri pomidorlarını yarı bölün.

 

Kələmi iri doğrayıb boşqaba yığın. Üzərinə növbə ilə qaraciyəri, mandarini, çerri pomidoru və üzüm gilələrini düzün.

 

Limon şirəsi, soya sousu və zeytun yağını qarışdırıb salatın üzərinə gəzdirin. Küncüt səpin.

Nuş olsun!

Mənbə: Milli.Az

Yoxlama kodu:12762
Prezident Musa Yaquba ev verdi 12:19 07 Nov 2019
AVRO-2020 İTV-də 16:41 05 Nov 2019