Nüfuzlu ölkələrin liderləri Bakıya toplanır

Bölmə:
Diaspor ›
Tarix:
08.01.2016
Oxunub:
791 dəfə

Mart-ın 10-11-də Bakıda IV Qlobal Bakı Forumu keçiriləcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Oxucu-ya daxil olan informasiyaya əsasən 4 ildir ki təşkil olunan ənənəvi forumda bir sıra ölkələrin dövlət və hökumət başçılarının, habelə tanınmış nüfuzlu siyasi xadimlərin iştirakı gözlənilir. Qeyd edək ki, artıq Albaniya, Latviya, Bolqarıstan, Makedoniya, Monteneqro, Xorvatiya və Gürcüstanın dövlət və hökumət başçıları IV Qlobal Bakı Forumunda iştirak etməyi planlaşdırdıqlarını bildiriblər.

Xatırladaq ki, “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan  Forum Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı, həmçinin, Madrid Klubu, İnter-Action Council, İsgəndəriyyə Kitabxanası kimi beynəlxalq təşkilatların tərəfdaşlığı ilə baş tutacaq. Forumda dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri də daxil olmaqla 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir. 

IV Qlobal Bakı Forumunda  dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər  müzakirə ediləcək və bu problemlərin həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.

Bildirək ki, I, II və III Qlobal Açıq Cəmiyyətlər Forumu 2013, 2014 və 2015-ci illərdə Bakı şəhərində keçirilib. Bu toplantılara dünyanın bir sıra nüfuzlu siyasi və dövlət xadimləri qatılıb.

Hər üç forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib və nitq söyləyib.

 

Məhərrəm Ağalaroğlu

 

Mənbə: Oxucu.info

 

 

Yoxlama kodu:74455
Müharibə elan edildi 11:56 07 Oct 2019