Biş-düş: Toyuq və ananasla salat

Bölmə:
Biş-düş ›
Tarix:
08.01.2016
Oxunub:
706 dəfə

Oxucu toyuq və ananasla salatın hazırlanma qaydasını təqdim edir

 

Tərkibi (2-4 pay):

 

1 "aysberq" kələmi
250 q toyuq filesi
300 q ananas konservi
100 q bərk pendir
1 x.q. bitki yağı
2 x.q. soya sousu
üzüm gilələri

 

Kələmin yarpaqlarını axar suyun altında tərtəmiz yuyun. Silkələyib suyunu axıdın. Sonra əlinizlə parçalara bölün.
Toyuq ətini yuyun, salfetlə qurulayıb doğrayın.
Tavada bitki yağını qızdırın. Toyuq ətini əlavə edib iti odda 3 dəqiqə bişirin. Soya sousu əlavə edib ocağı azaldın, daha 3 dəqiqə bişirin.
Ananasın suyunu süzüb doğrayın.
Pendiri sürtgəcdən keçirin.
Kələm, toyuq, ananas və pendiri qarışdırın. Qaba yığıb üzərinə üzüm gilələri düzün. Salat üçün sevdiyiniz souslardan da istifadə edə bilərsiniz.

 

Nuş olsun!

Mənbə: Milli.Az

Yoxlama kodu:64089
Prezident Musa Yaquba ev verdi 12:19 07 Nov 2019
AVRO-2020 İTV-də 16:41 05 Nov 2019