Biş-düş: Kartoflu-pendirli zapekanka

Bölmə:
Biş-düş ›
Tarix:
07.01.2016
Oxunub:
674 dəfə

Oxucu kartoflu-pendirli zapekankanın hazırlanma qaydasını təqdim edir

Tərkibi (4-6 pay):

1 kq kartof
70 q yağ
80 q bərk pendir
0,5 ç.q. kəklikotu qurusu
duz
qara istiot

Sobanı 220 dərəcə qızdırın. 18 sm diametrli formanı yağlayın.
Pendiri sürtgəcdən keçirib kəklikotu ilə qarışdırın.
Kartofu təmizləyib nazik fal-fal doğrayın.
Əridilmiş kərə yağı əlavə edib səliqə ilə qarışdırın.
Formanın dibinə bərabər qaydada kartofun 1/3-ni döşəyin.
Pendirin 1/3-ni səpin. Duz-istiot vurun.
Layları təkrarlayın. Ən üst lay yenə pendir olmalıdır.
1 saat bişirin. Hazır zapekankanı formada 5 dəqiqə saxlayın. Sonra boşqaba tərs çevirin.

Nuş olsun!

Mənbə: Milli.Az

Yoxlama kodu:41660
MN cəbhədən xəbər yaydı 10:20 15 Aug 2019