"Qarabağ faicəsi" Niderland dövlət televiziyasında

Bölmə:
Diaspor ›
Tarix:
17.11.2015
Oxunub:
714 dəfə

Niderland Krallığının dövlət televiziyası olan Ned2 kanalında “Qarabağ faicəsi” adlı sənədli film nümayiş etdirilib. Diasporlarla İş üzrə Dövlət Komitəsindən Oxucu-ya daxil olan informasiyaya görə, film mərkəzi ofisi Brüsseldə yerləşən “A.R.D.A Production” şirkəti tərəfindən hazırlanıb. şirkətin rəhbəri Fikrət Aydemir bildirib ki, Avropanın son illərin ən böyük köç dalğasının qarşısında çaşqın vəziyyətdə qaldığı, qaçqınların Avropa şəhərlərindəki parklarda məskən saldığı bir vaxtda Dağlıq Qarabağ problemi və Azərbaycanın yaşadığı qaçqın problemi gündəmə gətirilir.  

 

“Qarabağ faciəsi”nin yaradıcı heyəti 30 dəqiqəlik sənədli filmdə Dağlıq Qarabağda baş verənləri əvvəldən axıradək göstərməyə çalışıb. Filmdə 25 ildir Dağlıq Qarabağın problemli bölgə olaraq qalması, Ermənistanın bu ərazini öz sərhədləri daxilinə qatmaq istəyini açıqladıqdan sonra münaqişənin Ermənistanla Azərbaycan arasında müharibəyə çevrildiyi bildirilir.

 

Müharibə zamanı doğma torpaqlarını tərk etməyə məcbur olan Dağlıq Qarabağın azərbaycanlı əhalisinin qətliamlara məruz qaldığı, Dağlıq Qarabağın isə XX əsrin ən qanlı soyqırımına şahid olduğu Niderland tamaşaçısının diqqətinə çatdırılır.

 

Qeyd edək ki, son iki ildə Hollandiya dövlət televiziyası üçün müntəzəm olaraq sənədli filmlər hazırlayan “A.R.D.A Production”ın Dağlıq Qarabağdan bəhs edən bu filminin ərsəyə gəlməsində Diasporla İş üzrə Dövlət Komitəsi də öz dəstəyini göstərib.

 

Fatimə Əli

 

Mənbə: Oxucu.info

Yoxlama kodu:27850