Avstraliyadakı diaspor Azərbaycanla münasibətlərin inkişafına xidmət edir

Bölmə:
Diaspor ›
Tarix:
03.11.2015
Oxunub:
780 dəfə

Azərbaycanın Avstraliyadakı diasporu iki ölkə arasında əlaqələrin inkişafı üçün fəal işləyir. Oxucu informasiya verir ki, bunu Azərbaycanın Avstraliyadakı diasporunun nümayəndəsi Aydan Rzayeva deyib.

O bildirib: "Biz Avstraliya siyasətçiləri və parlamenti ilə əlaqələr qura bildik. Bundan başqa, Qərbi Avstraliyada Azərbaycan-Avstraliya dostluq qrupunu yaratdıq. Qrupa ölkədə tanınmış vəkil Con Hemmond başçılıq edir. Bu qrupda Azərbaycana kömək etməyi çox istəyən avstraliyalılar var".

A.Rzayevanın sözlərinə görə, diaspor Azərbaycanın Avstraliyada təbliğatı üçün fəal iş aparır: "Biz Avstraliya əhalisinin ölkəmizlə tanış olması üçün xüsusi aksiyalar keçiririk, xüsusi reklam broşurları yayırıq. Avstraliyada Azərbaycan barədə az bilirlər, lakin biz bunu dəyişmək üçün hər şey edirik".

Diaspor nümayəndəsi qeyd edib ki, Avstraliyadakı bütün azərbaycanlılar ölkəmizin populyarlaşması üçün səylərini birləşdirməli və bunun naminə işləməlidirlər: "Sayımız elə də çox deyil, lakin biz artıq Qərbi Avstraliyada olduqca fəal diaspor yarada bildik. Fikrimcə, bu öz bəhrələrini verəcək".

Qeyd edək ki, bu il Avstraliyanın Federal Parlamentində Avstraliya-Azərbaycan qrupu yaradılıb. Hakim koalisiyaya daxil olan Liberal Partiyanın üzvü Lyuk Simpkins qrupun rəhbəri seçilib.

Mənbə: Trend

Yoxlama kodu:81209
Müharibə elan edildi 11:56 07 Oct 2019