1 t.u. Qızıl
2166.82 AZN
1 1 ABŞ dolları
1.7 AZN
1 1 Avro
1.9126 AZN
1 1 Rusiya rublu
0.0266 AZN
1 1 Türkiyə lirəsi
0.2916 AZN
Ulduz falı - Qoç - aşkar həll variantları və asan yollardan imtina etməyin. Bu gün məqsədə məhz onların vasitəsilə çata bilərsiniz. Ənənəvi metodlardan yararlanmaqla, təbii ki, novator olmayacaqsınız, amma can atdığınıza çatacaqsınız. Ətrafınızdakı mühit gərginləşsə də, soyuqqanlı və təmkinli olun. Məkrli bədxahların təxribatlarına uymayın. İşlə bağlı məsələləri telefon danışıqları və ya yazışma ilə yox, bilavasitə görüşdə müzakirə edin. Günün ikinci yarısı faydalı məlumatlar vəd edir. Yeni nəyəsə öyrənə bilərsiniz. Təşəbbüsünüz yox, xoş təsadüfə borclu olduğunuz maraqlı tanışlıqlar baş verəcək.
Ulduz falı - Tərəzi - adi günlərlə müqayisədə daha qətiyyətli və iradəli olun. Əzmlə davranın, başlanan işləri yarımçıq qoymayın. İşgüzar görüşlər və danışıqlar üçün münasib zamandır. Biliklərinizi, bacarıqlarınızı nümayiş etdirin. Can atdığınız məqsədə çata bilərsiniz. Günün ikinci yarısında vədləri yerinə yetirmək, öhdəlikləri reallaşdırmaq lazımdır. Həddən artıq vədlər verməyin. Şəxsi münasibətlərdə rəqabət elementləri yaranacaq. Situasiya mübahisələrə təkan verəcək. Güzəştə meylli olmasanız, tərəfdaşınızda neqativ emosiyalar yaranacaq. Səmimi dansanız, mövqelərinizi müdafiə etmək asanlaşacaq.
Ulduz falı - Normal istirahət etməyə çalışın.
Ulduz falı - Qoç - bu gün məhsuldar ideyalar sarıdan boldur. İşlərdə yaranan maneə və sədləri dəf edə bilərsiniz. Soyuqqanlı və təmkinli davranın. Adi günlərdən fərqli olaraq daha çox çalışmaq məcburiyyətində qalacaqsınız. Günün ikinci hissəsində bədbinliyə qapılmayın, neqativ fikirlərdən uzaq olun. Bir qədər nəfəs dərin. Qısa istirahət karınıza gələcək. Yaxınlarla təmaslarda səbrli davranın. Sözlərlə əməllər arasında uyğunsuzluq hiss edəndə onları sərt tənqid etməyin. Münasibətləri təhlil etməyə tələsməyin. Axşam saatlarını sevdiyiniz insanla keçirin.
Ulduz falı - Balıqlar - maraqlı tanışlıq olacaq. Qarşınızda yeni üfüqlər açacaq insanla görüşəcəksiniz. Karyeranızın inkişafına və bacarıqlarınızı reallaşdırmağa mane olan fikir ayrılıqlarını aradan qaldıra biləcəksinz. Ünsiyyətdə diqqətli olsanız, işlərinizdə uğur qazanacaqsınız. Günün ikinci yarısında yarımçıq işləri bitirin. Axşam saatlarında səhhətinizdə kiçik problemlər yarana bilər.
Ulduz falı - Dolça - nəzərdə tutduğunuz işi reallaşdırmaq asan deyil. Hər şeyə rəğmən qarşınıza qoyduğunuz məqsədə doğru inadla irəliləyin. Həlli ağır problemi təkbaşına çözmək məsləhət deyil. Yardım istəyə bilərsiniz. Xoşagəlməz xəbər alacaqsınız. Lakin bu informasiya sizi düşünülməmiş, emosional addımdan çəkindirəcək. Günün ikinci yarısında maliyyə məsələlərində problemlər yarana bilər. İtki riski var. Bəzi fikir ayrılıqlarına rəğmən yaxınlarınızla münasibətləri rəvan, harmonik edin.
Ulduz falı - Əqrəb - uzunmüddətli planlaşdırma üçün əlverişli zamandır. Karyera müstəvisində irəliləyişin, maliyyə durumunuzu yaxşılaşdırmağın yollarını tapın. Bu gün görəcəyiniz işə görə az sonra yaxşı ödəniş və ya mükafat ala bilərsiniz. Günün ikinci yarısında qısamüddətli səfərə və ya ezamiyyətə yollana bilərsiniz. Önəmli saydığınız insanla görüşün. Axşam saatlarınızı ailə üzvlərinə ayırın. Normal istirahət etməyə çalışın.
Ulduz falı - Tərəzi - Günün ilk yarısında proseslərin normallaşmağa başladığını hiss edəcəksiniz. Situasiya əlverişlidir və bundan istifadə edin. Münasibətlərinizin soyuduğu insanla təmasları normallaşdıra bilərsiniz. Çoxdan bəri sizi narahat edən anlaşılmazlığı çözmək zamanıdır. Amma söhbətə yaxşı hazırlaşın, çünki tərəfdaşınız sizi diqqətlə dinləyəcək və dedikləriniz məntiqli olarsa, nəzərə alınacaqsınız. Günün ikinci yarısında nikbin olun. Ruhdan düşməyin. Yeni işi vaxtında bitirmək üçün potensial tərəfdaşlarla danışıqlar aparın. Axşam saatlarında əhvalınız yaxşılaşacaq, özünüzü gümrah hiss edəcəksiniz.
Ulduz falı - Qoç - peşəkar fəaliyyət baxımından çətin gündür. Bütün diqqəti işə yönəldin. Fəaliyyətiniz üçün gərəkli vaxtda başqa işlərlə məşğul olmayın. İstirahət və əyləncə ilə bağlı fikirləri təxirə salın. Astagəl, ləng olmayın. Günün ikinci yarısında həssas, sayıq olun. Əks təqdirdə tərəfdaş və ya dostlarla münasibətlər sərinləşə bilər. Maliyyə fonu pis deyil. Axşam saatlarında sərfəli alış-veriş edə bilərsiniz. Xərclər az, aldığınız əşyalar zəruri olmalıdır. Şəxsi münasibətlərdə problemlərin yaranmaması üçün səbrli davaranın. Sevdiyiniz insanı tələsdirməyin, acılamayın. Qarşılıqlı anlaşmaya nail olmağa can atın.
Ulduz falı - Qoç - bu gün sizə maraqlı olan insanların yanında olmağa çalışın. Gələcəklə bağlı ümumi planları müzakirə edin. Günü cari öhdəliklərin yerinə yetirilməsinə və planlaşdırılan işin görülməsinə sərf edin. Yaxın adamların istəklərini nəzərə alın, yardım istəyənə rədd cavabı verməyin. Ev üçün alış-veriş edə bilərsiniz. Axşam saatları həyat ritmini dəyişəcək, yaxın gələcəklə bağlı situasiyanın özülü funksiyasını yerinə yetirəcək. Əyləncə, görüş və təmaslar yeni emosiyalar bəxş edəcək. Ətrafdakı dəyişikliklər barədə düşünün.
Ulduz falı - Şir - maraqlı və əlverişli gündür. Böyük uğurlara nail ola bilərsiniz. Başladığınız işlər maraqlı təsir bağışlayır. Onları yarımçıq qoymayın, bitirin. Peşəkar fəaliyyət müstəvisində çox maraqlı təkliflər ala bilərsiniz. İşgüzar həyatınızı dəyişə biləcək qərarların qəbulu istisna deyil. Günün ikinci yarısında stabillik bərqərar olacaq. Bu, sizi sevindirməlidir. Yaşananlar planlarınızın reallaşmasını daha da sürətləndirə bilər. Qiymətli hədiyyələr və gəlirlər istisna deyil.
Ulduz falı - Dolça - Hazırda məşğul olduğunuz işi yarımçıq qoyaraq yeni planların gerçəkləşdirilməsinə başlamayın. Rəqibləri üstələmək üçün ətrafınızdakı situasiyanı tam dəyərləndirin. Günün ikinci yarısında ən çətin şəraitdə belə, təmkinli davransanız, uğur qazanacaqsınız. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün daha aktiv davranmağınız gərəkdir. Kiçik problemlərə vaxt sərf edərək diqqətinizi əsas məsələdən yayındırmayın. Yaxınlarınızla münasibətlərdə kritik olun. Kimsəni ideallaşdırmayın. Əks təqdirdə gözləntiləriniz sizi aldada bilər.
Ulduz falı - Tərəzi - ən sadə və ilk baxışdan asan təsir bağışlayan məqsədə çatmaq üçün ciddi səy göstərməli olacaqsınız. Bu, sizi yetərincə qıcıqlandıracaq. Lakin emosiyaların qurbanına çevrilməyin, mühüm işi yerinə yetirməyə başlayın, irəliləməyə, hədəfə çatmağa çalışın. Səfər üçün pis gün deyil.
Ulduz falı - Qoç -bu gün köhnə dostlar və tanışlar sizə problemlərin öhdəsindən gəlməyə kömək edəcəklər. Səmimi olun, təlaş və hisslərinizi gizlətməyin. Yardımını gözlədiyiniz adamlarla nə qədər səmimi olsanız, alacağınız dəstək vaxtında və effektiv olacaq. Əks cinsin mənsubu sizə yardım üçün üz tutacaq. Bu gün problemlər yaransa, onların səbəbi izafi nikbinliyiniz və imkanlarınızı olduğundan artıq dəyərləndirməyiniz olacaq. Yaşanan hadisələri, ətrafdakı şəraiti real dəyərləndirin. Belə olarsa, pərişan qalmaz, təəssüflənməzsiniz.
Ulduz falı - Qoç - Güclü və zəif yönlərinizi müəyyənləşdirin. Şəxsi münasibətlərdə sizi narahat edən, çoxdan bəri çözüm yolunu aradığınız maneəni aradan qaldırın. Fəaliyyətinizin məhsuldar olması üçün zəruri addımlar atın. Günün ikinci yarısı işdə rəhbərliklə danışmaq, həmkarlarla bəzi məsələləri müzakirə etmək üçün əlverişlidir. İşgüzar müzakirələr və yazışmalarda tələskənliyə yol verməyin. Axşam saatlarında emosiyalarınızın tarıma çəkilməsi dəyər verdiyiniz münasibətlərə zərbə vura bilər.
Ulduz falı - Buğa - əvvəlcədən hazırladığınız plana riayət edin. Qəfil təkliflərə aldanmayın. Avantüralar deyilənlərin tam tərsinə olaraq, gəlir vəd etmir. Nizamsız fəaliyyət uğurlarınızı heçə endirə bilər. Günün ikinci yarısında yeni sifarişin icrasına və ya layihənin reallaşdırılmasına başlamaq olar. Gərəkli nəticəni əldə etmək üçün aktiv olun. Cədlərinizin effektiv alınması üçün proseslərlə bağlı mümkün qədər çox məlumat toplayın. Yaxşı tanımadığınız insanlara etibar etməyin. Yaxın ətrafınızdakı insanlardan biri sizə yardım edəcək. Hisslərin etirafına tələsməyin.
Ulduz falı - Tərəzi - ən yaxşı məziyyətlərinizi nümayiş etdirməyə çalışın. Eqoist və təşəxxüslü davranaraq yaxın ətrafınızdakı insanları qıcıqlandırmayın. Bir qədər təvazökar olun, kölgəyə çəkilin. Dəyər verdiyiniz insanların ön plana çıxmalarına şərait yaradın. Günün ikinci yarısında yaradıcılıq potensialınızın səviyyəsi yüksəkdir. Məqsədə çatmaq üçün konkret addımlar atın. Qohumlar və yaxınlarla ünsiyyət axşam saatlarına yaxın sizi sevindirəcək. Əks cins mənsubunun yardım istəyini qulaqardına vurmayın. Əlavə gəlirdən yararlanaraq ailə üzvlərini sevindirin.
Ulduz falı - Qoç - Aktual məsələlərin həlli, peşəkar fəaliyyət və maliyyə sahəsində yaranmış problemlərin aradan qaldırılması üçün günün ilk yarısı ən optimal zamandır. Çoxdan başladığınız işi tələsmədən, amma məntiqli şəkildə başa vursanız, yaxşı nəticələr əldə edəcəksiniz. Günün ikinci yarısında çətinliklərin çözülməsinə yaradıcı yanaşma sizdə daxili harmoniya hissi, razılıq duyğuları yaradacaq. Axşam saatlarınızı yaxınlarınızla birlikdə, mənalı istirahətə üstünlük verərək keçirin.
Ulduz falı - "Oxucu" bu günün ulduz falını təqdim edir.
Ulduz falı - Bütün qədim xalqlarda olduğu kimi yəhudilər də tarix boyu öz qoroskoplarını yaradıblar.
Ulduz falı - QoÇ - peşəkar fəaliyyət baxımdan o qədər qorxulu deyil. Buna rəğmən nikbin olun, yaşama sevinin, dostlarla ünsiyyətdə olun. Tənbəllik etməyin, süst davranmayın.
Ulduz falı - Astroloq Səbuhi Rəhimli NASA-nın (ABş-ın Aeronavtika və kosmik tədqiqatlar üzrə Milli Administrasiyası) adından bürclərin yerini dəyişməsi və onların sayının 13 olması ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatların cəfəngiyyat olduğunu bildirib
Ulduz falı - NASA, Ulduzların Dünyaya görə istiqamətlərini dəyişdiyini, bu səbəbdən də bürc tarixlərinin dəyişdirildiyini aÇıqladı
Ulduz falı - "Oxucu" bu günün ulduz falını təqdim edir:
Ulduz falı - "Oxucu" bu günün ulduz falını təqdim edir
Ulduz falı - "Oxucu" bu günün ulduz falını təqdim edir:
Ulduz falı - "Oxucu" bu günün ulduz falını təqdim edir:
Ulduz falı - "Oxucu" bu günün ulduz falını təqdim edir: